İstifadə qaydaları

Elektron dərslikdən istifadə etmək üçün internetə qoşulmuş fərdi kompüter tələb olunur. Dərsliyin işləməsi üçün kompüterdə Flash Player qurulmuş olmalıdır. Sistemin yaradıcıları İnternet Explorer 8.0 brauzerini istifadə etməyi və sürətli internet bağlantısının olmasını tövsiyə edirlər. 

Elektron dərsliklərdən istifadə etmək üçün ilk növbədə saytda qeydiyyatdan keçməlisiniz. Bunun üçün Siz məlumat anketi dolduraraq istifadəçi adı və şifrəni almalısınız. 

İstiadəçi adı və şifrənı daxil edərək sistemə daxil olun.

Elektron dərsliklərdən istifadə ödənişlidir. Müvafiq bölmədə ödəniş apardıqdan sonra Sizə bütün mövcüd olan elektron dərsliklərin siyahısı təqdim olunacaqdır. İstədəyiniz dərsliyi seçərək ondan istifadə edə bilərsiniz.

Ximətin ödənilməsi iki cür aparıla bilər:Ödəmə kartı

Ödəmə kartı ilə ödəniş
Ödəmə kartı vasitəsilə Siz elektron dərslik xidmətindən 1 illik istifadə imkanı əldə edə bilərsiniz. Kartın qiyməti 10 AZN-dir. Ödəmə kartı əldə etmək üçün  [email protected] ünvanına məktub yazın və ya (050) 342 01 06 nömrəsi ilə əlaqə saxlayın.

Plastik kartla onlayn ödəmə
Siz, Visa və ya MasterCard plastik kartları ilə elektron dərslik xidmətinə görə ödənişi İnternet vasitəsilə onlayn rejimdə həyata keçirə bilərsiniz. Ödəniş tranzaksiyalarının təhlükəsizliyi ödəniş sistemləri tərəfindən təmin edilir. Bu ödəmə üsulundan istifadə etməklə Siz harada olduğunuzdan asılı olmayaraq və istənilən vaxt tez və çox rahat şəkildə xidmət haqqını ödəyə bilərsiniz.

İstənilən “Visa/Visa Elektron” və “Mastercard/Maestro” plastik kartlarından istifadə etməklə online ödəmə xidmətindən yararlana bilərlərsiniz. Online ödəniş etmək üçün sadəcə olaraq ödənilən müddəti seçmək və plastik kartın məlumatlarını daxil etmək kifayətdir.

Ödəmə aparıldıqdan bir neçə saniyə sonra ekranda uğurlu aparılmış əməliyyat haqqında bildiriş görünür. Bu bildiriş çap oluna və ya elektron ünvana göndərilə bilər.

Hal-hazirda onlayn ödəniş vasitəsilə xidməti aşagıda göstərilən müddətlərə əldə etmək olar:AzeriCard

3 ay (90 gün) – 5 AZN
6 ay (180 gün) – 8 AZN
12 ay (365 gün) – 10 AZN.

Sistemə Giriş
İstifadəçi adı :
Şifrəsi :
     

  Qeydiyyat