Hörmətli ziyarətçi, saytımıza xoş gəlmisiniz!

Bizim saytda Sizə yeni nəsil dərslikləri numayiş etdirir və onlardan istifadə imkanı təqdim edirik. Respublikamızda, digər sahələrdə olduğu kimi, təhsildə də İnformasiya Kommunikasiya Texnologiyaları sektorunun inkişafına geniş yer verilir. Məhz buna görə, biz də öz növbəmizdə bu işə tövhəmizi vermək üçün elektron dərsliklərin yaradılmasının təməlini qoymuşuq və bu istiqamətdə işlərimizi davam etdiririk.

Bizim elektron dərsliklər Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta ümumtəhsil məktəblərinin proqramı əsasında Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimləri və mütəxəssisləri tərəfindən hazırlanmışdır. Yaxın gələcəkdə yeni dərsliklərin əlavə olunması nəzərdə tutulur.

Elektron dərsliyin bir çox üstünlükləri vardır. Əsas üstünlükləri qeyd etmək olar:
- Mövzuların izahının, məsələlərin həllərinin, interaktiv dərslərin, tapşırıqların, müxtəlif animasiyalar şəklində verilməsi kursun daha yaxşı mənimsənilməsinə kömək edir.
- Hər bir şagird qeydiyyatdan keçir, mövzunu dinləyir və izləyir, sonda mövzunu necə mənimsədiyini tapşırıqları həll etməklə müəyyən edir.
- Şagirdlərin müstəqil işləməsinə imkan yaradır, bu isə onlarda özünə inam hissini inkişaf etdirir.

Ümüdvarıq ki, bu xidmət Sizin üçün faydalı olacaq və Sizin rəyləriniz bizə onun inkişaf etdirilməsində yaxından kömək edəcəkdir.

Ödəmə kartı əldə etmək üçün (012) 596 71 73, (050) 553 43 20 nömrəsi ilə əlaqə saxlayın.

Sistemə Giriş
İstifadəçi adı :
Şifrəsi :
     

  Qeydiyyat